Petrokub un baş məşqçisi Bakıda media önünə çıxmayacaq

30.07.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Petrokub"un baş məşqçisi Şota Makaradze Bakıda jurnalistlər önünə çıxmayacaq.

Bunu Oxu.Az-a açıqlamasında "Sabah" klubunun mətbuat katibi Elnur Həmidov bildirib.

Belə ki, gürcüstanlı mütəxəssisin cavab oyunu öncəsi mətbuat konfransı vaxt məhdudiyyətinə görə keçirilməyəcək:

"Rəqib komanda bu gün Bakıya gec çatacaq. Hotelə yerləşib, birbaşa məşqə gələcəklər. "Petrokub"un oyun öncəsi məşqi isə bu gün saat 20:00-da "Bank Respublika Arena"da olacaq".

Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də saat 20:00-da "Bank Respublika Arena"da oynanılacaq. "Sabah" ilk matçda 2:0 hesabı ilə Moldova komandasını məğlub edib.

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью