Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə ənənəvi səhər yeməyi məhsullarının satışı üzrə ixtisaslaşmış məşhur mağazalar şəbəkəsinin – “Peynirci Baba”nın Azərbaycandakı təmsilçisi kimi təqdim edilən “Türkaz Ticarət” MMC (VÖEN – 1804873621) dövlət büdcəsinə olan vergi borcunu vaxtında ödəməyib.
Yeniavaz.com xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixinə olan məlumata görə, “Türkaz Ticarət” MMC-nin vergi borcu 21 min 973 manat 61 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, 2020-ci ildə dövlət qeydiyyatına alınan “Türkaz Ticarət”in nizamnamə kapitalı 100 manat təşkil edir. Hüquqi ünvanı “Sabunçu rayonu, Babək, ev 123D”də yerləşən MMC-nin qanuni təmsilçisi Murat Ozendir.
Qeyd edək ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəsmi veb saytında “Türkaz Ticarət” MMC “Peynirci Baba”nın Azərbaycandsakı təmsilçisi kimi təqdim olunur (https://musiad.az/uzvler/turkaz-ticaret-mmc-peynirci-baba/).
Onu da bildirək ki, “Peynirci Baba” mağazasının müştərilərə təqdim etdiyi satış çekində vergi ödəyicisi kimi “Kəpəz Company” MMC (VÖEN – 1906313821) göstərilir. 2025-ci ilin fevral ayından fəaliyyət göstərən “Kəpəz Company” MMC-nin qanuni təmsilçisi isə Zamanov Habil Qabil oğludur.
Elnur Əli