Peyvənddən imtina edən valideynlərə cinayət işi açılacaq | Icma.az
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Körpələrdə K vitamini çatışmazlığıK vitamini qəbul edilmədiyi üçün beyninə qan sızan və hazırda reanimasiyada olan 2 aylıq körpənin ailəsi ilə bağlı Türkiyə Sağlıq Bakanlığı cinayət işi qaldırıb.
“Sherg.az” “NTV.com.tr”yə əsasən bildirir ki, Türkiyədə 18 ildə 111 körpənin K vitamini çatışmazlığından öldüyü məlum olub.
Son illərdə ailələrdə peyvənddən imtina və körpələrdə irsi xəstəliklərin aşkarlanmasına kömək edən daban skrininqə qarşı çıxanların sayı artmaqdadır.
Ankaranın Etlik Şəhər Xəstəxanasında beyin qanaması keçirən iki aylıq körpə reanimasiyada intubasiya edilib.
K vitamini çatışmazlığı səbəbi ilə ölüm halları araşdırılarkən məlum olub ki, Türkiyədə 1995-2013-cü illər arasında aparılan 48 araşdırmanın toplusundan əldə edilən məlumata görə, K vitamini almayan 534 körpənin yüzdə 77-də beyin qanaması olub.
Kayseridəki Erciyes Universiteti Tibb fakültəsində də körpələrdə K vitamini çatışmazlığının fəsadları ilə bağlı bir araşdırma aparılıb.
10 il ərzində 120 körpə K vitamini çatışmazlığı ilə qeydə alınıb. Körpələrdən 37-si həyatını itirib.
Tam oxu
Xəbəri oxu