Peyvənddən sonra niyə qızdırmamız qalxır? Araşdırma

28.10.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlər peyvənddən sonra bəzi insanlarda qızdırmanın daha yüksək olmasının səbəbini araşdırıblar.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, bu fərqə bağırsaq mikrobiomu təsir göstərə bilər.

Koronavirusa qarşı peyvənd olunmuş şəxslərin məlumatlarını təhlil edən alimlər bağırsaq bakteriyalarının aktivliyinin immun reaksiyasını gücləndirə və qızdırmaya səbəb ola biləcəyini müəyyən ediblər. Laboratoriya təcrübələri də bu ehtimalı dəstəkləyib.

Tədqiqatçılar bitki mənşəli qidalarla daha çox qidalanan şəxslərdə qızdırma reaksiyasının daha yüngül olduğunu da bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью