Pezeşkian ABŞ a çağırış etdi

30.06.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ-la imzaladığı razılaşmadan danışıb.
Modern.az-ın məlumatına görə, Prezident bildirib ki, ABŞ İranla imzaladığı razılaşmanın şərtlərinə əməl edəcəyi təqdirdə Tehran da öz öhdəliklərini yerinə yetirəcək. O, həmçinin vurğulayıb ki, İran təhdidlər qarşısında rasional yanaşma və qətiyyətli müdafiə siyasətini davam etdirəcək.

“Qarşılıqlı anlaşma ikitərəfli hərəkət tələb edən bir yoldur. Əgər Amerika tərəfi razılaşmaya əməl edərsə, biz də öz öhdəliklərimizi yerinə yetirəcəyik. Ağılsız təkəbbürə və əsassız təhdidlərə münasibətimiz ondan ibarətdir ki, qərarlar rasionallıq və insan ləyaqəti prinsiplərinə əsaslanmalıdır. Eyni zamanda, hərəkət etmək vaxtı gəldikdə qətiyyətlə və qorxmadan özümüzü müdafiə etməliyik”, – İran prezidenti X sosial şəbəkəsində yazıb.
Daha əvvəl "Axios" nəşri ABŞ və İranın iyunun 30-da Doha şəhərində Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı danışıqlar aparmağı planlaşdırdıqlarını yazmışdı. Bu məlumatı ABŞ Prezidenti Donald Tramp da təsdiqləyib.

Sonradan Ağ Ev danışıqlar üçün Dohaya nümayəndələr kimi Cared Kuşner və Stiv Uitkoffun göndəriləcəyini bildirib. Bununla yanaşı, İran Xarici İşlər Nazirliyi İran nümayəndə heyətinin ABŞ-la danışıqlara getmək niyyətində olmadığını açıqlayıb.

Vəziyyət iyunun 27-dən sonra yenidən gərginləşib. ABŞ və İran qarşılıqlı zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazında ticarət gəmisinə hücum edildiyi iddiasına cavab olaraq İrana zərbələr endirildiyini təsdiqləyib.

Daha sonra İran qüvvələri Yaxın Şərqdə yerləşən ABŞ hərbi qüvvələrinin bir neçə mövqeyinə zərbələr endirib.

Qeyd edək ki, son eskalasiyadan 10 gün əvvəl – iyunun 18-də İran və ABŞ məsafədən rəqmsal formatda memorandum imzalayıblar. Sənədin məqsədinin fevralın 28-də başlanan hərbi qarşıdurmanın dayandırılması olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью