Pezeşkian: ABŞ danışıqlardan çıxsa, İran aclıqdan ölməyəcək

26.05.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əgər ABŞ qəfildən İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün danışıqlar prosesindən çəkilmək qərarına gəlsə və ona qarşı daha da böyük sanksiyalar tətbiq etsə, İranda heç kim aclıqdan ölməyəcək.

Bizimyol.info xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

"Bizimlə danışıqlar aparmaq istəməsələr və bizə qarşı daha da böyük sanksiyalar tətbiq etsələr də İran çox şey itirməyəcək, bizim aclından öləcəyimizi düşünmək doğru qərar deyil. Biz çıxış yolu tapacağıq", - deyə IRNA agentliyi prezidentin sözlərini sitat gətirib. Prezidentin qeyd etdiyi kimi, belə bir vəziyyətdə iranlılar sadəcə birləşməli və birgə hərəkət etməlidirlər.

İran və ABŞ nümayəndələri mayın 23-də Romada Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci mərhələsini keçiriblər. Tərəflər arasında vasitəçilik edən Oman xarici işlər naziri "bir qədər irəliləyiş var, lakin yekun qərarrın" əldə edilmədiyini bildirib. Onun iranlı həmkarının məsləhətləşmələrdən sonra bəyan etdiyi kimi, Tehran və Vaşinqton danışıqların yeni raunduna hazırlaşır və bir-iki görüşdə müsbət nəticə əldə edəcəklərinə ümid edirlər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью