Pezeşkian ABŞ ilə diplomatik razılaşmaya gəlməyi hədəfləyir ŞƏRH

22.08.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ İrana qarşı mübarizəni iqtisadi təzyiqlər fonunda davam etdirir. Cəbhədə sakitlik hökm sürsə də, tərəflər ritorikanı sərtləşdirib. Bölgədəki iqtisadi təsir imkanlarının əsas düyün nöqtəsi Hörmüz boğazı ətrafında formalaşıb. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının Amerikaya aid olduğunu və İrana qarşı daha sərt sanksiyalar paketini işə salacaqlarını açıqlayıb. Rəsmi Tehran prezidentin bəyanatını cavabsız qoymayıb. İranın xarici işlər naziri Abbas Əraqçi ən ağır iqtisadi sanksiyaların belə nəticə verməyəcəyini vurğulayıb. Bölgədə artan gərginlik fonunda, İranın hərbi qanadı ilə prezident Məsud Pezeşkianın mövqelərindəki fərqlilik diqqətdən yayınmır. SEPAH müharibə bərpa olunacağı təqdirdə ABŞ-yə qarşı daha ölümcül silahlardan istifadə ediləcəyini bəyan edib. Pezeşkian isə müharibənin danışıqlar yolu ilə sonlandırılmasının tərəfdarıdır. Maraqlısı odur ki, müharibə dövründə, Pezeşkianın bəyanatları SEPAH-ın mövqeyi ilə üst-üstə düşürdü. İndi isə Vaşinqtonun sərt bəyanatlarına baxmayaraq, prezidentin daha mülayim taktiki yanaşma sərgilədiyi görünür.

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Pezeşkian və SEPAH-ın bəyanatları bir-birini təkzib etmir:Читать полностью