Pezeşkian: ABŞ ın davranışı danışıqlar tələbinə ziddir

05.04.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İran prezidenti Pezeşkian ABŞ-ın davranışının danışıqlar tələbinə zidd olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "mehr" məlumat verib.

İran prezidenti Məsud Pezeşkian bir sıra İran xalqı, rəsmiləri və parlament üzvləri ilə görüşündə digər ölkələrlə qarşılıqlı fəaliyyətin İranın xarici siyasətinin prioriteti olduğunu vurğulayıb: “İran İslam Respublikası bərabərhüquqlu danışıqlar aparmaq istəyir, bu, bir tərəfdən İranı təhdid etmək, digər tərəfdən isə danışıqlar aparmaq istəmələri ilə uyğun deyil”, - deyə o qeyd edib.

Pezeşkian ABŞ-a müraciətlə: "Əgər danışıqlar aparmaq istəyirsinizsə, nə üçün təhdid edirsiniz? Həm də, bu gün ABŞ təkcə İranı deyil, dünyanı aşağılayır və bu cür davranış danışıqlar tələbinə tamailə ziddir", - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью