Pezeşkian ABŞ la birbaşa danışıq şərtini açıqladı: Sanksiyaları ləğv etsinlər

10.04.2025

Tribuna saytına istinadən Icma.az xəbər verir.

“Biz atom bombası axtarmırıq. Biz müharibə axtarmırıq, lakin onlar nə qədər çox təhdid etsələr, bir o qədər güclü olacağıq”.

Tribunainfo.az bildirir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, İran danışıqlara hazırdır. “Biz danışıqlara hazırıq. Lakin birbaşa deyil, çünki onlara etibar etmirik. Qərb İrana tətbiq etdiyi sanksiyaları götürmədən birbaşa danışıqlar olmayacaq”.

Pezeşkian onu da bildirib ki, ölkəsi nüvə texnologiyası ilə bağlı əldə etdiyi naliyyətlərdən imtina etməyəcək.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью