Pezeşkian: ABŞ nin İranı Venesuela kimi çökdürmək planı boşa çıxdı

23.08.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ABŞ Yaxın Şərqdə münaqişəyə başlayarkən İranın Venesuela kimi tez bir zamanda süqut edəcəyini hesablasa da, bu plan baş tutmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Düşmən İranın Venesuela kimi süqut edəcəyini zənn edirdi. Lakin bu baş vermədi. Əksinə, İran möhkəmliyi, birliyi və həmrəyliyi ilə bütün dünyanı təəccübləndirən bir qüvvəyə çevrildi”, — deyə M.Pezeşkian vurğulayıb.

Ölkə rəhbəri əlavə edib ki, İran xalqı ən ağır sanksiyalara baxmayaraq müqavimət göstərməkdə davam edəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı misli görünməmiş miqyasda “iqtisadi müharibə və təcrid” rejimi elan etmişdi.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью