Pezeşkian açıqladı: İranla anlaşmaya sadiqik

26.09.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la iyunun 17-də imzalanmış anlaşma memorandumuna sadiq qaldıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Pezeşkyan bu barədə CBS News-a müsahibəsində ABŞ-la danışıqlar və əldə olunan anlaşmanın icrası ilə bağlı açıqlamalar verib. O, İranın memorandumun şərtlərini yerinə yetirməyə hazır olduğunu, prosesdə müəyyən problemlərin yarana biləcəyini deyib.

İran liderinin sözlərinə görə, belə məsələlər səbir, qarşılıqlı anlaşma və tolerantlıq əsasında dialoq yolu ilə həll edilməlidir. Pezeşkian qeyd edib ki, tərəflər arasında əldə olunan anlaşma tam şəkildə həyata keçirilməyib.

ABŞ və İsrailin İrana qarşı hücumlarını da tənqid edən Pezeşkian deyib:

“Onlara görə məktəblərdə oxuyan uşaqlar terrorçudur, dini liderimiz terrorçudur, universitetlərdə elmi tədqiqat aparan alimlər terrorçudur. Onlar asanlıqla gəlir, sui-qəsdlər törədir, sonra gedir və dünyaya deyirlər ki, ‘Biz terrorçularla mübarizə aparırıq’”.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью