Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
“ABŞ ilə müharibə istəmirik, razılaşmağa hazırıq”.
Turkustan.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibə istəmədiklərini və danışıqlar yolu ilə razılığa gəlməyə hazır olduqlarını bildirib.
Pezeşkian İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində öhdəliklərini yerinə yetirməyə sadiq olduğunu da vurğulayıb.
Prezident ölkənin dini lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, təxminən bir ay əvvəl Xamenei ilə şəxsən görüşdüyünü və həmin görüşdə yeddi saata yaxın birlikdə vaxt keçirdiklərini söyləyib. Görüşdən sonra Xameneinin səhhətinin “çox yaxşı” olduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az