Pezeşkian Bakıya gələcək

04.11.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak edəcək.

Bakupost.az-nın əldə etdiyi məlumata görə, İran nümayəndə heyətinə Prezident Məsud Pezeşkian rəhbərlik edəcək.

İranın Azərbaycandakı səfirliyindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью