Pezeşkian Bakıya niyə gəlmədi? Rəsmi açıqlama KONKRET

12.11.2024

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İran prezidentinin Bakıda keçirilən COP29-da iştirak etməməsinin səbəbi açıqlanıb.

KONKRET.az İSNA-ya istinadən xəbər verir hökumət sözçüsü Fatimə Mühacirani İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran prezidenti Məsud Pezeşkianın Bakıya gəlmədiyini bildirib:

“Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edirlər. Rəsmilərinin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”.

Xatırladaq ki, Pezeşkian daha əvvəl Azərbaycana gələcəyini qeyd etsə də, sonradan səfər təxirə salınıb.

Məlik,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью