Pezeşkian bir daha paytaxtın Tehrandan köçürülməsini təklif edib

21.11.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkian ölkə paytaxtının Tehrandan başqa yerə köçürülməsinin vacibliyini bir daha vurğulayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, prezidentin qərarı şəhərin həddindən artıq əhalisi və su çatışmazlığı ilə bağlıdır. Pezeşkian vurğulayıb ki, metropolis əhalisi artmağa davam edərsə, su ehtiyatları bütün sakinləri təmin etmək üçün kifayət etməyəcək. "Bizim başqa seçimimiz yoxdur. Bu, zərurətdir", - deyə prezident bildirib.

Pezeşkian həmçinin əlavə edib ki, bu problem təkcə Tehrana deyil, həm də İranın bir sıra digər bölgələrinə təsir göstərir.

Daha əvvəl Prezidentin Dəniz Ehtiyatları üzrə Nümayəndəsi Əli Əbdüləlizadə İran paytaxtının Tehrandan başqa yerə köçürülməsi məsələsinin müzakirə mövzusu olmadığını və şəhərin su çatışmazlığını həll etmək üçün Fars körfəzindən suyun çəkilməsi layihəsinin hazırlandığını bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью