Pezeşkian çıxış edəndə zalı 2 ölkə tərk etdi

25.09.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahu çıxış etmək üçün kürsüyə çıxarkən 77 ölkənin nümayəndələri iclas zalını tərk edib və ya iclasda olmayıb.
 

Milli.Az axar.az-a istinadən bildirir ki, Netanyahunun çıxışı zamanı Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İran, Qətər, Misir, Suriya, İordaniya, Cənubi Afrika, Uqanda və Keniyadan olan nümayəndə heyətləri, eləcə də Braziliya, Çili və Kolumbiya da daxil olmaqla, Latın Amerikası ölkələri, İspaniya, İrlandiya və Sloveniya da daxil olmaqla, Avropanın 6 ölkəsi və s. zalı tərk edib.

İran Prezidenti Məsud Pezeşkianın Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışına isə cəmi 2 dövlət etiraz edərək zaldan çıxıb - ABŞ və İsrail!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью