Pezeşkian da Azərbaycana gələcək | Icma.az
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir. İran prezidenti Məsud Pezeşkianın yaxın zamanlarda Azərbaycana növbəti səfəri plan
Bu barədə Ölkə.az-a diplomatik mənbələrdən məlumat verilib. Bildirilib ki, hazırda diplomatik kanallarla səfər proqramı üzərində iş gedir.
“Səfər iyul ayının əvvəlində baş tutacaq. O, Bakıda İƏT-in Zirvə görüşündə iştirak edəcək.
Səfər çərçivəsində İran prezidenti Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub.
Pezeşkianın Zirvə görüşü çərçivəsində digər dövlət başçıları ilə ikitərəfli görüşləri planlaşdırılıb”, - diplomatik mənbə qeyd edib.
Onu da qeyd edık ki, prezident Pezeşkian aprelin 28-də Azərbaycanda səfərdə olarakən özü çox yaxın gələcəkdə yenidən ölkəmizə səfər edəcəyini bəyan edib.
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib: "Çox yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyəm.
İranda baş verən partlayış səbəbi ilə səfəri qısa zaman ərzində başa çatdırmalıyam.
Tam oxu
Xəbəri oxu