Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Sabah – iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçiriləcək.
Zirvə görüşündə iştirak etmək üçün ECO üzvü olan dövlətlərin rəsmiləri Azərbaycana səfər edirlər.
Modern.az xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın da Azərbaycana səfər edəcəyi rəsmən təsdiqlənib.
Belə ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Məsud Pezeşkian Xankəndidəki Zirvə görüşündə iştirak edəcək.