Pezeşkian Ermənistana səfər edəcək

05.06.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri gözlənilir.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu haqda "Armenpress" məlumat yayıb. 


Məlumata əsasən, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə dövlət büdcəsinə dair hesabatın müzakirəsi zamanı bildirib.

İran İslam Respublikası ilə münasibətlərin hazırkı səviyyəsindən danışan Ararat Mirzoyan bildirib ki, yüksək səviyyədə ikitərəfli qarşılıqlı səfərlər daim baş verir.

"Biz Prezident Pezeşkianı İrəvanda gözləyirik", - Ermənistan XİN başçısı qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью