Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Finlandiya Prezidenti Aleksandr Stubb və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Stubb X səhifəsində məlumat yayıb.
O bildirib ki, iranlı həmkarı ilə Yaxın Şərqdə, o cümlədən Hörmüz boğazındakı vəziyyəti müzakirə edib.
"Təcili olaraq atəşkəsə və diplomatik nizamlanmaya nail olmaq lazımdır. Mən qonşu ölkələrə zərbələrin dayandırılmasının və Hörmüz boğazında gəmiçilik bərpa edilməsinin zəruriliyini vurğuladım".