Pezeşkian gəlmədi: İranı Bakıda o təmsil edəcək

11.11.2024

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Xalqcebhesi.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, bundan öncə İranı Prezident Məsud Pezeşkianın başçılıq etdiyi nümayəndə heyətinin təmsil edəcəyi açıqlansa da, İran prezidentinin COP29 üçün Bakıya gəlməyəcəyi haqda məlumat ötən gün yayıldı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью