Pezeşkian gözlənilən müharibədən DANIŞDI

01.02.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İran həmişə mübahisələrin hərbi deyil, diplomatik yolla həllinə üstünlük verib”.

“Cebheinfo.az” xəbər verir kiŞ bunu Prezident Məsud Pezeşkian bildirib. O qeyd edib ki, münaqişə İranın, ABŞ-nin və ya bütövlükdə regionun maraqlarına xidmət etməyəcək.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında Pezeşkian İranın diplomatik prosesləri inkişaf etdirmək və bərabərliyə və təhdidlərdən azadlığa əsaslanan ləyaqətli diplomatiya aparmaq əzmində olduğunu vurğulayıb: 

“Tehran ümid edir ki, qarşı tərəf təzyiq və məcburiyyətin İranı danışıqlara məcbur edə bilməyəcəyini başa düşür”. 

ABŞ və İsrailin "gərginliyi artırmaq, müharibələr tətbiq etmək, təzyiq, sanksiyaları davam etdirmək,  İran daxilində iğtişaşları qızışdırmaq” məqsədi daşıyan hərəkətlərindən danışan Pezeşkian Tehranın heç vaxt müharibə axtarmadığını vurğulayıb:

“İran ərazisinə qarşı hər hansı bir təcavüz və ya hücumun qətiyyətli və güclü cavabla qarşılanacaq. İran məsələlərin sakit və konstruktiv atmosferdə aparılan diplomatiya yolu ilə həllinə üstünlük verir”.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью