Pezeşkian: Hakimiyyət səhvlərini etiraf etməlidir

22.01.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Etiraf etməliyik ki, idarəetmədə səhvlər etmişik. Səhvlərimizi etiraf etməsək və onları düzəltməyə çalışmasaq, yalnız başqalarını günahlandırsaq, heç nəyə nail ola bilməyəcəyik".

Ölkə.Az-ın xarici mediaya istinadən məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O vurğulayıb ki, hökumət orqanları yoxsulların tələblərinə və problemlərinə laqeyd qalsa, ictimai narazılıq artacaq.

"Bütün qurumlar və hakimiyyət orqanları həssas qrupların tələblərinə və problemlərinə məhəl qoymadıqda, cəmiyyətin zorakılığa, laqeydliyə və yadlaşmaya doğru getməsini gözləyə bilmərik", - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью