Статья не опубликована
Pezeşkian İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib | Icma.az

Pezeşkian İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib

29.04.2025

Icma.az, Aznews.az saytına istinadən bildirir.

İran Prezidenti Məsud Pezeşkian dünənki Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu barədə M.Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

M.Pezeşkian səfər zamanı Azərbaycan və İran arasında mühüm razılaşmaların əldə olunduğunu xatırladıb.

"Bu səfər etimadın gücləndirilməsi və hərtərəfli elmi, iqtisadi, mədəni, müdafiə əməkdaşlığının yeni üfüqlərinin açılması üçün zəmindir. Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm", - paylaşımda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью