Pezeşkian: İran ABŞ və İsrailin hücumuna cavab verməyə hazırdır Doğru Xəbərlər

15.01.2025

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

İran prezidenti Məsud Pezeşkian NBC News telekanalına müsahibəsində bildirib ki, ABŞ və İsrailin hücumu halında İran cavab verməyə hazırdır.

Bununla yanaşı, dövlət başçısı Tehranın müharibəyə can atmadığını vurğulayıb.

“Bizim istənilən hərəkətə reaksiya verməyimiz tamamilə təbiidir. Biz müharibədən qorxmuruq, amma buna can atmırıq”, – deyə İran lideri bildirib.

Pezeşkian bundan əvvəl demişdi ki, Tehran heç vaxt ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa sui-qəsd planlaşdırmayıb.

Həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İranla strateji tərəfdaşlıq sazişinin vacibliyini bəyan edib.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью