Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək

28.04.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb.

O qeyd edib ki, iki ölkə problemlərini birlikdə, danışıq yolu ilə həll edə bilər:

“Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək edərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Bizim aramızda başqalarının ixtilaf yaratmasına imkan verməməliyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью