Pezeşkian İran mətbuatına xəbərdarlıq etdi

09.02.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran prezidenti Məsud Pezaşkian ölkə mediasını qonşu ölkələrin liderlərini və rəsmilərini təhqir edən ifadələrdən çəkinməyə çağırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, Nazirlər Kabinetinin iclasında qonşu dövlətlərlə müsbət münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.

Pezaşkian mətbuat və rəsmilərin regiondakı həssas vəziyyəti nəzərə alaraq daha ölçülü çıxışlar etməli olduğunu bildirib.

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi isə Tehranın qonşularla siyasətində bir sıra səhvlərə yol verdiyini etiraf edib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью