Pezeşkian: İran müharibə istəmir, öz hüquqlarını müdafiə edir

20.04.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İran müharibə istəmir, əksinə öz hüquqlarını müdafiə edir. ISNA-nın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian bunu İdman və Gənclər Nazirliyinə səfəri zamanı bildirib.

Məlumatı “Anadolu” verib. 

İran prezidenti qeyd edib ki, hakimiyyət ölkə rəhbərliyinə qarşı tənqidləri qulaqardına vurmur və bunu etiraf edir, lakin cəmiyyət Amerika-İsrail hücumları qarşısında birlik nümayiş etdirməli və birləşməlidir.

ABŞ Prezidenti Donald Trampın İranın nüvə fəaliyyətinə mane olmaq cəhdlərinə münasibət bildirən Pezeşkian bu səylərin heç bir hüquqi əsasının olmadığını bildirib: “Biz müharibə axtarmırıq, hüquqlarımızı müdafiə edirik”.

Pezeşkian vurğulayıb ki, müharibəni başlayan tərəf Tehran olmayıb və İran onu ləyaqətlə başa vurmağa çalışır.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью