Pezeşkian: İran müharibənin qarşısını alacaq istənilən təşəbbüsü alqışlayır

28.01.2026

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İran müharibənin qarşısını almağa və sülhün möhkəmləndirilməsinə xidmət edəcək istənilən təşəbbüsü alqışlayır".

Oxu.Az xəbər verir ki, İran prezidentinin mətbuat xidmətinin məlumatına görə, bunu Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı zamanı bildirib.

"İran millətin və ölkənin hüquqlarının tam qorunması və hörmət edilməsi ilə beynəlxalq hüquq çərçivəsində sülhə, sabitliyə, münaqişə və müharibələrin qarşısının alınmasına yönəlik istənilən prosesi həmişə dəstəkləyib və dəstəkləməyə hazırdır. Çünki biz dünyada bütün insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasına can atırıq", - deyə məlumatda qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью