Pezeşkian: İran qonşuları ilə münaqişəyə can atmır

21.03.2026

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Tehran islam ölkələri və qonşuları ilə münaqişəyə can atmır.

AZXEBER.COM xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İslam ölkələrinə və əziz qonşularımıza müraciət edirəm: siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə can atmırıq", - M.Pezeşkian qeyd edib.

O, həmçinin bəyan edib ki, Yaxın Şərq dövlətləri arasındakı ixtilaflardan yalnız İsrail qazanacaq.

"Report"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью