Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın nüvə fəaliyyətinin dinc xarakter daşıdığını və sülh və təhlükəsizliyə aparan istənilən tədbiri dəstəklədiyini təsdiqləyən prezident Məsud Pezeşkian vurğulayıb ki, rəsmi Tehran milli maraqların qorunmasına gəldikdə heç vaxt güc və təzyiqə boyun əyməyəcək.
Bizimyol.info xəbər verir ki, şənbə günü, iyulun 19-da Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Pezeşkian bildirib ki, İran beynəlxalq qaydalara sadiq olduğundan və nüvə fəaliyyətinin şəffaflığına və dinc xarakter daşımasına əmin olduğundan, Beynəlxalq Atom Enerjisi Agentliyinin təftişlərindən qətiyyən narahat deyil.
“Lakin mən vurğulayıram ki, güc və təzyiqdən istifadə və ya ölkəmizi qanuni hüquqlarından məhrum etmək heç bir halda qəbuledilməzdir”, - deyə o vurğulayıb.
Bizimyol.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.