Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib FOTO

03.06.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran Prezidenti Məzud Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

APA xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.

Məlumata deyilir ki, İran Prezidenti Bakıya səfərinə toxunub və səfərinin Azərbaycan Respublikası ilə əlaqələrdə müsbət sıçrayış səbəb olduğunu vurğulayıb.

Eyni zamanda, Pezeşkian İranın Çin, Fil Dişi Sahili, Meksika, Kuba və Uruqvaydakı yeni səfirlərini qəbul edib. Pezeşkian səfirlərlə görüşdə bildirib ki, müxtəlif ölkələrlə əməkdaşlığın genişləndirilməsi İranı gücləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью