Pezeşkian İsrailin hücumu zamanı yaralanıb

13.07.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İsrailin İrandakı əməliyyatının üçüncü günü Tehranın qərbindəki yeraltı kompleksə hücumu zamanı Prezident Məsud Pezeşkian ayağından yüngül yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail kompleksin giriş-çıxışlarını 6 raketlə vurub. Binanın elektrik enerjisi kəsilib, lakin rəsmilər başqa çıxışdan qaça biliblər.

Təxliyə zamanı İran prezidenti ayağından yaralanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью