Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian istefa verməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “IRNA” məlumat yayıb.
Məlumata görə, Pezeşkian yayımlanan video müraciətində istefa verdiyi və ya belə bir addım atmağa hazırlaşdığı barədə xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib.
“Əgər istefa versəydim, bunu açıq şəkildə elan edərdim. İstefa verməyəcəyəm, mübarizəmi davam etdirəcəyəm”, - deyə İran Prezidenti bildirib.
Qeyd olunub ki, Pezeşkiyan həmçinin ölkənin ali lideri Əli Xamenei və Silahlı Qüvvələrlə fikir ayrılığı yaşaması barədə yayılan məlumatları da təkzib edib.
Prezident Silahlı Qüvvələrlə tam uyğunluq şəraitində çalışdıqlarını vurğulayıb və hər hansı fikir ayrılığı yaranacağı təqdirdə, Silahlı Qüvvələrin onun deyil, birbaşa Xameneinin mövqeyini dəstəkləyəcəyinin məlum olduğunu bildirib.
Bildirilib ki, bəzi dairələr hakimiyyət daxilində süni gərginlik yaratmağa çalışır və bu tip məlumatlar ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.