Pezeşkian məktub yazdı, Tramp hücumu dayandırdı

26.01.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçı İrana hücumu təxirə salmaq üçün ABŞ Prezidenti Donald Trampa yazılı mesaj göndərib.

Axar.az xəbər verir ki, bu barədə “İsrail Hayom” qəzeti məlumat yayıb.

Adının çəkilməsini istəməyən İsrail rəsmisi bildirib ki, Trampın xüsusi elçisi Stiv Uitkoff mesajı Məsud Pezeşkianın yazılı zəmanəti ilə birlikdə ABŞ prezidentinə çatdırıb. Mənbənin sözlərinə görə, Arakçının göndərdiyi mesaj Vatsap vasitəsilə qəbul edilib.

Məlumata görə, İran prezidentinin yazılı zəmanəti mesajın əsas hissəsi olub və Tehranla Vaşinqton arasında etimad atmosferi yaratmaq və diplomatik yolu açmaq üçün nəzərdə tutulub. İsrailli rəsmi vurğulayıb ki, bu hərəkət Trampın qərarını təxirə salan yeganə amil olmasa da, ABŞ prezidentinin məsələyə yanaşmasına və əhval-ruhiyyəsinə təsir edib.

Mənbənin bildirdiyinə görə, bu mesaj göndərildiyi zaman böyük bir hərbi əməliyyat üçün lazımi hazırlıqlar tam olaraq yekunlaşdırılmamışdı və bu məsələ, Tehranın mesajı ilə birlikdə, mümkün hücum qərarının vaxtının dəyişdirilməsində rol oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью