Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkə daxilində Azərbaycana qarşı yönəlmiş ittihamları sərt şəkildə tənqid etməsi və bəzi radikal qrupların İran-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində atılan addımlara qarşı çıxışlarını qeyri-məsuliyyətli və təhlükəli adlandırması təqdirəlayiq addımdır.
Məsud bəyin özünün və oğlunun açıqlamalarından hiss olunur ki, onlar fars-molla rejiminin uzun illər ərzində yürütdüyü anti-Azərbaycan siyasətinin dayandırılmasını, iki ölkə arasında münasibətlərin normallaşdırılmasını istəyirlər.
Ümid edək ki, Pezeşkian bütün çətinliklərə və risklərə rəğmən molla rejiminin islah olunmasına nail olmağı bacaracaq.