Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın Ali Lideri Müctəba Xameneinin sağ olduğu və vəzifələrini yerinə yetirməyə davam etdiyi bildirilib.
Milli.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "India Today"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ və İsrail İran rəsmilərini, komandirlərini və alimlərini, eləcə də onların ailələrinin yaşadığı evləri hədəfə aldığı üçün Ali Liderin yeri təhlükəsizlik məqsədilə gizli saxlanılır.
Pezeşkian ABŞ və İsraili şayiələr yaymaqda da ittiham edib. O bildirib ki, həmin ölkələr Müctəba Xameneinin harada olduğunu müəyyən edə bilməyiblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)