Pezeşkian: Müctəba Xamenei tam sağlamdır

10.08.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei tam sağlam idi.

Gununsesi.info -nun  xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian siyasi fəallarla görüşündə bildirib.

İranın Ali Rəhbəri ilə keçirdiyi 7 saatlıq görüşdən danışan Pezeşkian deyib ki, Ali Rəhbərin sağlamlıq vəziyyəti tam qaydasında olub.

“7-8 saat oturub müzakirə apara bilən bir şəxsin sağlamlıq baxımından problemi ola bilməz. O, bizim sözlərimizi çox rahatlıqla dinləyirdi, müzakirə aparırdı və öz fikirlərini də bildirirdi”, – İran Prezidenti qeyd edib.

Pezeşkian görüşün çox yaxşı keçdiyini vurğulayıb. O əlavə edib ki, həmin toplantıda bütün problemlər və narahatlıqlar səsləndirilib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ilə görüşüb. Məsud Pezeşkian İranın dövlət televiziyasına müsahibəsində Müctəba Xamenei ilə keçirdiyi görüşü müsbət və məhsuldar adlandırıb. Pezeşkianın sözlərinə görə, görüş çox yaxşı keçib və təxminən 7 saat davam edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью