Pezeşkian niyə COP29a qatılmadı? Səbəbi açıqlandı AzPolitika onlayn siyasiictimai qəzet

12.11.2024

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçirilən COP29 sammitində iştirak etməməsinin səbəbi məlum olub.

"AzPolitika" xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlərə açıqlama verib.

“Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edirlər. Ölkə rəsmilərinin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”,-deyə o, bildirib.

Qeyd edək ki, bir sıra məlumatlara görə, Pezeşkian İsrail Prezidenti İsaaq Hersoqun Bakıdakı tədbirdə iştirakı səbəbindən COP29-a qatılmayıb.

"AzPolitika.info" ‎

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью