Pezeşkian niyə məsud etmədi? | Icma.az
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran prezidenti Məsud Pezeşkian bir ay əvvəl COP29 sammitində iştirak edəcəyini bəyan etsə də Bakıya gəlmədi.
O, bunun səbəbini İsrail prezidenti İshak Hersoqun Azərbaycana gözlənilən səfəri ilə əlaqələndirib.
Sözsüz ki, bu arqument İran Prezidentinin sammitdə iştirakdan imtina etməsinə əsas vermir.
Əvvəla, COP29 BMT-nin mötəbər qlobal sammitidir, dünyanın 10-larla ölkəsi arasında müxtəlif siyasi ixtilaflar var, ancaq onlar beynəlxalq tədbirlərdə, o cümlədən Bakı İqlim toplantısında eyni salonda əyləşirlər.
Sammitin hansı ölkədə keçirilib-keçirilməməsindən asılı olmayaraq, siyasi liderlər öz aralarındakı siyasi problemləri kənara qoyub beynəlxalq iqlim ailəsinə və tədbirə ev sahibliyi edən dövlətə hörmət əlaməti olaraq dəvəti yerə salmırlar.
Beynəlxalq praktikada dəvətdən imtina və buna oxşar hallar adətən qeyri-etik siyasi davranış kimi qiymətləndirilir.
Bir məqamı da xatırlatmaq yerinə düşərdi, bir ay əvvəl İsrailin baş naziri Netanyahunun da iştirak etdiyi BMT-nin Baş Assambleyasının iclasına Pezeşkian böyük bir nümayəndə heyəti ilə qatılmışdı və bu fakt da təsdiq edir ki, İsrail mövzusu bəhanədir.
Tam oxu
Xəbəri oxu