Pezeşkian: Nüvə silahı hazırlamırıq

13.09.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin (NSYM) bütün tələblərinə və beynəlxalq hüquq norma və prinsiplərinə sadiqdir.

Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “India Today” telekanalına müsahibəsində deyib.

Prezident vurğulayıb ki, İrana qarşı səsləndirilən nüvə silahı ittihamları təcavüzü əsaslandırmaq üçün istifadə olunan təbliğatdır:

“Əgər nüvə silahı istehsal etmək niyyətində olsaydıq, NSYM-yə üzv olmazdıq. Beynəlxalq agentliyin müfəttişləri hər gün obyektlərimizə baxış keçiriblər. Ali Liderimiz də dəfələrlə nüvə silahı hazırlamadığımızı bəyan edib”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью