Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
İran Prezidenti Məsud Pezeşkian bu ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 81-ci sessiyasının işində iştirak edə bilər.
IRNA-nın yaydığı məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai brifinqdə bildirib. Eyni zamanda, o qeyd edib ki, Pezeşkianın səfəri ilə bağlı yekun qərar hələ qəbul edilməyib: “İran İslam Respublikasının nümayəndə heyəti adətən hər il prezident səviyyəsində Baş Assambleyanın sessiyasında iştirak edir. Bu, BMT-nin ən vacib illik tədbiridir və mövqeyimizi çatdırmaq üçün həmişə bu fürsətdən istifadə etmişik. Bu il də bu imkandan yararlanmağı planlaşdırırıq. Aydındır ki, hər şey real vəziyyətdən asılıdır və bu məsələ ilə bağlı Tehranın qərarı yaxın həftələrdə dəqiqləşəcək”.
XQ