Pezeşkian oğlunu özünə müşavir təyin etdi

28.11.2024

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İran prezidentinin sərəncamı ilə oğlu Yusif Pezeşkian administrasiyada müşavir və media üzrə köməkçi təyin olunub.

Turkustan.az xəbər verir ki, Prezident Aparatının rabitə və informasiya məsələləri üzrə müavini Mehdi Təbatəbai Yusif Pezeşkianın hökumətdə təyinat aldığını təsdiqləyib.

O, "X"-dəki paylaşımında Yusif Pezeşkianı "xeyirxah, vətənpərvər və təmiz əl sahibi" kimi səciyyələndirib.

Y. Pezeşkian Təbriz Texnologiya Universitetini magistr və Şərif Universitetini bakalavr dərəcəsi ilə bitirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью