Pezeşkian: Ölkədə su böhranı ciddi həddədir

31.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İran prezidenti Məsud Pezeşkian ölkəsində su böhranının ciddi olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, Zəncan vilayətində keçirilən iclasda su ehtiyatlarının sürətlə azaldığını və quraqlıq riskinin artdığını vurğulayıb.

Prezident qeyd edib ki, suya nəzarət olunmazsa, ölkənin bir çox şəhərlərində problemlər yaranacaq.

Pezeşkianın sözlərinə görə, sentyabr və oktyabr aylarında bəndlərdə su tükənə bilər. O, Tehranda da su çatışmazlığının baş verəcəyini və ciddi çətinliklərin qaçılmaz olduğunu deyib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью