Pezeşkian paytaxtı Tehrandan köçürür Tapşırıq verildi

20.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında islam respublikasının paytaxtının Tehrandan köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, prezident planın hazırlanmasına məsul olaraq birinci müavini Məhəmməd Rza Arifi təyin edib.

"Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər", - Pezeşkian qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью