Pezeşkian Putin ilə təcili görüşə hazırlaşır Səbəb

03.12.2024

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Suriyadakı vəziyyətlə əlaqədar yaxın zamanda RF Prezidenti Vladimir Putin ilə görüşəcəyini bildirib.
Pezeşkian Suriyadakı vəziyyətin sabitləşməsi üçün Moskva ilə Tehranın əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
İran hökumətinin mətbuat xidmətinin məlumatına görə, Pezeşkian deyib: "Suriyadakı vəziyyətlə əlaqədar yaxın zamanda Rusiya Prezidenti ilə görüşəcəyəm".
Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью