Pezeşkian Putini İrana səfərə dəvət edib

18.04.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putini ölkəsinə səfərə dəvət edib”. 

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

"Cənab Pezeşkian Rusiya Prezidenti Vladimir Putini İrana səfərə dəvət edib", - deyə siyasətçi vurğulayıb.

Pezeşkian bu səfərin 2025-ci il ərzində baş tutacağına ümid etdiyini bildirib.

O, həmçinin qeyd edib ki, İran tərəfi səfərin tarixlərinin müəyyənləşdirilməsini gözləyir.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью