Pezeşkian Putinin təklifinə cavab verdi

19.10.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfərini səbirsizliklə gözlədiyini bildirib.

Modern.az xəbər verr ki, o, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavab olaraq danışıb.

Tehranda keçirilən görüş zamanı Lavrov İran prezidentinə Putinin Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində onu gözlədiyini bildirib.

“Rusiya Prezidenti Vladimir Putinə məndən salam çatdırın. Biz də qarşıdakı Rusiya səfərimizi səbirsizliklə gözləyir və yaxın zamanda görüşəcəyimizə ümid edirik”, — deyə Pezeşkian cavabında bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью