Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: Yeni həbsxanalar YARADILIR | Icma.az
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran hakimiyyəti məcburi hicab qaydalarına riayət etməyən qadınları nəzarət altına almaq üçün Tehranda yeni psixi sağlamlıq müəssisəsi təsis etmə niyyətindədir.
Redaktor.az xəbər verir ki, mətbuat İranın Müalicə və Hicabdan İmtina Klinikasının rəhbəri Mehri Talebi Darestaninə istinadən məlumat yayıb.
O, sözügedən müəssisəinin hicabdan imtinanın "elmi və psixoloji müalicəsi" üçün yaradıldığını və əsasən yeniyetmələr, gənclər və "ictimai və İslam kimliyinə" uyğunlaşmaq istəyən qadınlar üçün nəzərdə tutulduğunu bildirib.
Klinika dini davranışların tətbiqinə cavabdeh olan Xeyri Təbliğ və Şəri Qadağan edən Qərargah adlı qurum tərəfindən idarə olunacaq.
Bu qurumun rəhbəri birbaşa Ali Rəhbər Ayətullah Əli Xameneyiyə hesabat verir.
Qurumun rəhbəri Məhəmməd Saleh Haşemi Qolpayegani hicab qaydalarına əməl etməyən qadınlara qarşı insan haqları pozuntularına görə beynəlxalq sanksiyalara məruz qalıb.
Darestaninə sözlərinə görə, klinikalarda müalicə könüllü olacaq. Ancaq insan haqları təşkilatları İranın bu vədinə inanmır.
Tam oxu
Xəbəri oxu