Pezeşkian: Rusiya ilə münasibətlərdə yeni səhifə açdıq

17.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

İran prezidenti Məsud Pezeşkian Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinin iki ölkə arasında münasibətlərdə yeni səhifə açacağına inanır.

Teleqraf.com xəbər verir ki, o, bu barədə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında danışıb.

“Bu gün imzalanan saziş əlaqələrimizdə, xüsusən də İran və Rusiya arasında ticari-iqtisadi əlaqələr baxımından yeni böyük səhifə açacaq”, - deyə o bildirib.

İran lideri əlavə edib ki, tərəflər ölkələr arasında əməkdaşlığın davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью